Rəşad Mahmudov farmakoloqlarla bağlı məsələ QALDIRDI

Azərbaycanda klinik farmokologiya üzrə bir müddət əvvəl axtaranda bir nəfər ixtisasçı tapdıq. Bu gün qanuna edəcəyimiz dəyişiklikdən sonra isə bu məsələ ciddi problem yaradacaq.

XALQ.AZ xəbər verir ki,  Milli Məclisdə “Dərman vasitələri haqqında” qanuna əlavə və dəyişikliklərə münasibət bildirən deputat Rəşad Mahmudov deyib.

Deputat bildirib ki, bu qanunun qəbulundan sonra 600-dən çox dövlət və özəl xəstəxanalarda farmokoloqlar təyin olunmalıdır.

“Bu şəxslər vəzifələrinin ciddiyyətinin fərqində deyilsə,bu bizə problemlər yaradacaq. Hesab edirəm bu maddə qanundan çıxarılmalıdır”.

Rəşad Mahmudov son günlər istər Milli Məclisdə, istər cəmiyyətdə saxta dərmanlarla bağlı müzakirə olunan məsələyə də münasibət bildirib.

“Saxta dərman və qanunsuz gətirilmə ifadələri bir-biri ilə qarışdırılır. Qanunsuz ölkəyə gətirilən dərmanlarla bağlı aparılan tədbirlər təqdirəlayiqdir. Lakin qanunsuz qəbul edilən dərmanların ölkədə olmamasından bu gün tibb işçiləri müalicə işinin normal aparılmaması ilə üz-üzəyik. Bu istiqamətdə hüquq mühafizə orqanları tərəfindən tədbirlərin görülməsinə ehtiyac var”.

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov da ölkədə farmokologiya sahəsində mütəxəssislərin sayının geri olduğunu deyib.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir