Rəşad Mahmudov seçicilərlə görüşdü-Fotolar

 

Milli Məclisin deputatı Rəşad Mahmudov Astarada seçicilərlə növbəti görüş keçirib.

XALQ.AZ -a verilən məlumata görə,görüş zamanı vətəndaşları narahat edən müxtəlif ictimai və sosial məsələlər qaldırılıb. Qəbulda əsasən  Ünvanlı Sosial Yardım, Torpaq məsələləri, Banklarla yaranan problemlər, Şəhid ailələrinin evlə təmin olunması üçün müraciət, sağlamlıqla bağlı problem, əmək veteranlarının imtiyazlarla bağlı müraciəti, idmançıların müxtəlif qayğıları, həmçinin bir sıra hüquqi məsələlərlı bağlı müraciətlər olub.

Qəbul zamanı deputat Rəşad Mahmudov 50 vətəndaşın  müraciət və təkliflərini dinləyərək, onların hərtərəfli araşdırılacağını və müvafiq tədbirlərin görüləcəyini bildirib. Milli Məclisin deputatı Rəşad Mahmudov yeni yaranmış “Astara” FK-nun üvləri ilə görüşüb. Qəbulda vətəndaşların müyyən müraciətləri yerindcə öz həllini tapıb, diğər müraciətlər nəzarətə götürülüb.