Rəşadın ölümü millətimiz üçün çox böyük itkidir

fazil mustafa

“Savaş aparan dövlətdə ən böyük itki məhz zabit-komandir itkisidir”.

XALQ.AZ  xəbər verir ki, bunu Milli Məclisin üzvü Fazil Mustafa Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu Rəşad Atakişiyevin meyitinin sudan çıxarılmasından danışarkən deyib.

Onun sözlərinə görə, Rəşad Atakişiyevin faciəli ölümü bir daha zabitlərimizə dəyər verməyi öyrətməlidir:

“Haradasa incidilmiş, sındırılmış, haqsızlığa məruz qalmış Azərbaycan zabiti görəndə hələ də savaşın taleyini həll edəcək qüdrətə sahib olan bu insanları qorumağı bacarmadığımızı düşünürəm. Rəşadın ölümü millətimiz üçün çox böyük itkidir…Millətimizin başı sağ olsun! Professor Qabil Hüseynliyə və bütün ailə üzvlərinə dərin hüznlə başsağlığı verirəm. Allah səbrinizi azaltmasın!”.

Qeyd edək ki, bu il iyulun 24-də plana uyğun olaraq, gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi qəzaya uğrayıb. Və təyarənin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlu itkin düşüb. Avqustun 19-da isə Rəşad Atakişiyevin nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb.