Rəşid İsmayılova vəzifə verildi

Rusiyanın rabitə və kütləvi kommunikasiyalar nazirinin sabiq müavini Rəşid İsmayılov “Nokia” korporasiyasının Rusiyadakı nümayəndəliyinin baş direktoru olacaq.
XALQ.AZ xəbər verir ki, R.İsmayılov bundan əvvəl korporasiyanın Şərqi Avropadakı xidmət bölməsinə rəhbərlik edib.
Bununla yanaşı, o, 2019-cu ilin mayınadək Beynəlxalq Elektrik Rabitəsi İttifaqının Şura sədri vəzifəsində çalışmağa davam edəcək.
Qeyd edək ki, R.İsmayılov 1998-ci ildən “Ericsson”, “Nokia”, “Huawei Technologies” kimi iri İT şirkətlərində müxtəlif vəzifələrdə çalışıb. 2013-cü ildən 2018-ci ilin iyulunadək isə Rusiya Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyində işləyib.
Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.