Rəis vəfat etdi

 

YAS

Fövqəladə Hallar Nazirliyinin (FHN) vəzifəli əməkdaşı dünyasını dəyişib.

XALQ.AZ Report-a istinadən xəbər verir ki, FHN-in Su Ehtiyatları Dövlət Agentliyinin rəisi Baba Azakov 63 yaşında vəfat edib.

Qeyd edək ki, B.Azakov 1954-cü ilin iyulun 15-də Şəki şəhərində anadan olub. Azərbaycan Mühəndis İnşaat İnstitutunu bitirib.