Rəqiblər məlum oldu

“Neftçi” və “Qəbələ”nin UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.
XALQ.AZ xəbər verir ki, flaqman I mərhələdə Moldovanın “Sperantsa” kollektivini mübarizədən kənarlaşdıracağı təqdirdə, Rusiyanın “Arsenal” (Tula) komandası ilə üz-üzə gələcək. İlk matç səfərdə olacaq.
“Qəbələ” isə “Dinamo” (Tbilisi, Gürcüstan) / “La Fiorita” (San-Marino) / “Enqordani” (Andorra) cütünün qalibi ilə qarşılaşacaq. İlk oyun evdə olacaq.
Qeyd edək ki, Avropa Liqasında I təsnifat mərhələsinin oyunları 11-18 iyulda, II təsnifat mərhələsi isə 25 iyul-1 avqustda keçiriləcək.

Yeganə