Rəqqasə nigahsız ailə hayatı yaşayır

007

“Çox xoşbəxt ailəm var. Həyatımda hər şey qaydasında davam edir”.

Xalq.az Ailem.az-a istinadən xəbər verir ki, Bunu açıqlamasında rəqqasə Fatimə deyib. 2 il öncə yenidən ana olan Fatimə bu barədə ilk dəfə danışıb:

“Ailəmlə bağlı danışmağı sevmirəm. Bir zamanlar qızımla bağlı çox danışılırdı. Amma oğlumla bağlı nə danışıram, nə də danışılmasına şərait yaradıram. Çünki bu, mənim şəxsi həyatımdır. Çalışıram ki, ictimailəşməsin. Həyat yoldaşımı çox sevirəm, dəyər verirəm. Rəsmi nikah o qədər də önəmli deyil. Düşünürəm ki, ailəni bir kağız parçasından asılı etmək olmaz. Əsas odur ki, kəbinimiz var və Allahın hüzurunda biz ər-arvadıq”.

Dövlət işində çalışan biznesmen şəxslə ailəli olan rəqqasənin bu evlilikdən 2 yaşında oğlu var. Qeyd edək ki, rəqqasə Fatimə daha öncə Aydın adlı şəxslə ailəli olub və bu nikahından bir qızı var.