Rəqsanə canlı efirdə şok yaşadacaq

 

 

Müğənni Rəqsanə İsmayılova “Onlar” verilişinə açıqlama verib.

XALQ.AZ  məlumatına görə, sənətçi şou-biznesdəki söz-söhbətlərdən bəhs edib:

“Bir-birimizi qırırıq. O toy mənim olsun, bu toy mənim olsun deyirik. Hamımız pul dalınca qaçırıq. Qoy mənim milyonlarım, maşınlarım, villalarım olmasın. Əvəzində təmiz ürəyim var”.

Yeniliklərindən danışan Rəqsanə konsertlər verəcəyini söyləyib:

“Eşq” adlı mahnıya klip çəkilir. Ekran işində bahalı maşınlar lentə alınıb. Klipi Heydər Əliyev Sarayında təqdim edəcəyik. Həmin gün konsertim də olacaq. Martın 8-də isə Türkiyədə “İşgəncələrə yox deyək” adlı konsertim keçiriləcək. Orada ərləri tərəfindən döyülən xanımlar daha çoxdur. Türkiyədə bizim müğənnilər arasında çıxış edənlər olub, amma hamısı özünü göstərmək üçün buna əl atıb. Mənim konsertim isə xeyriyyə məqsədi ilə keçirilir. Daha sonra Amerikada bir konsertim olacaq. Xalq artistimiz Zeynəb Xanlarovadan sonra həmin məkanda mən səhnəyə çıxacam”.

Haqqında süni mayalanma yolu ilə ana olmağa çalışdığı deyilən sənətçi bunları bildirib:

“Sonsuz deyiləm, təbii yolla ana ola bilərəm. Bunu çox istəyirəm. Üçüncü dəfə hamilə qalsam, bəlkə uşağımı efirdə, hansısa verilişdə dünyaya gətirdim. Bu da yenilikdir. Dünyada da belə bir şey var. Hətta türkiyəli müğənni Petek Dinçöz də belə açıqlama verib ki, uşağımı canlı yayımda dünyaya gətirəcəm”.