Rəqsanə min manat pul bağışladı

 

5

Müğənni Rəqsanə İsmayılova qonaq olduğu “Gündəlik” verilişində xeyirxah addım atıb.

Canlı efirdə bir nəfər aparıcı Mətanət Əliyerdiyevaya müraciət edərək, xəstə oğlunun müalicə məqsədiylə taxdığı qulaqcığın itdiyini, tapıldığı halda studiyaya gətirilməsini xahiş edib. Qulaqcığın dəyərinin 1000 manat olduğunu öyrənən R.İsmayılova yenisini almaq üçün həmin məbləği ehtiyacı olan şəxsə bağışlayıb.

Qeyd edək ki, bu mövsümdən “Gündəlik” verilişində yeni rubrika yaradılıb. Yaradıcı heyət itən əşyaların sahibinə çatdırılmasında vasitəçilik edir.

Axsam.az