Rəqsanə yeni doğulan qızını göstərdi – Video

Müğənni Rəqsanə İsmayılova yeni doğulan övladının üzünü göstərib. 
XALQ.AZ xəbər verir ki, sənətçi proqramda qonaq olan qızı Aysun üçün “Zaurla Günaydın” verilişinə video görüntü ilə zəng edib.
Söhbət zamanı aparıcı Zaur Baxşəliyev ondan evini və yeni doğulan qızını göstərməsini istəyib. Rəqsanə əvvəlcə uşağın üzünü əli ilə tutub, daha sonra isə əlini çəkib.
Müğənni bildirib ki, qızı Mehrimah evdədir. Oğlu Muhəmməd isə hələ də xəstəxanadadır.
Orxan