Rəqsanin Türkiyədə yeniliyi

1

 

 

Müğənni Rəqsanə İsmayılova Türkiyəyə yola düşüb.

Axşam.az-ın məlumatına görə, sənətçi oradakı albom hazırlıqlarının başa çatdığını bildirib. Budəfəki səfər zamanı isə Rəqsanə özünə yeni aranjimançı tapıb. İfaçı Kan Gökmanla işbirliyi qurub. Rəqsanə bundan sonra bütün mahnılarını ona həvalə edəcək.

Qeyd edək ki, Kan Türkiyədə bir çox məşhur müğənnilərlə çalışıb. O, eyni zamanda Mübariz Mənsimovun Pal FM radiosunda efir rejissoru vəzifəsində işləyir.