Rəşad Atakişiyevlə vida mərasimi

Şəhid pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin cənazəsi evinə gətirilib. 

 XALQ.AZ xəbər verir ki, mərhumla vida mərasimi saat 10:00-da Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində başlayacaq. Daha sonra pilotun nəşi II Fəxri Xiyabanda torpağa tapşırılacaq.Qeyd edək ki, iyulun 24-də təlim-məşq uçuşları keçirən zaman qəzaya düşən MiQ-29 təyyarəsinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin nəşi dünən tapılaraq dənizdən çıxarılıb