Rəşad Mahmudov qazilərlə görüşdü-Fotolar

Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, millət vəkili Rəşad Mahmudov qaziləri zıyarət etdi.

XALQ.AZ xəbər verir ki, bu gün Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov Astara rayonunun Suparıbağ kəndindən Vətən mühariəbəsi qazisi Babayev Fərahimi, Vənəşikəş kəndindən Qazi Hacızadə Mahnigarı və Sım kəndindən Qazi Salayev Elməddini evində ziyarət edib.

Rəşad Mahmudov Qazilərlə görüşdə onların döyüş yolu ilə yaxından tanış olub və problemlərini dinləmişdir.

Sonda deputat qeyd edib ki, hal-hazırda qazilərin s əhətində hər hansısa həyati təhlükə yoxdur və onlara göstərilən tibbi xidmətlərin daha yüksək səviyyədə təşkili üçün əlindən gələn dəstəyi əsirgəməyəcək.

Qeyd edək ki, həmçinin millət vəkili Rəşad Mahmudov Astara rayonunun Əzərüd kəndində aprel şəhidi Pəncəli Teymurov ev muzeyində olub. Qəhrəman şəhidin xatirəsi Türkiyənin iş adamları ilə birlikdə bir daha yad edilib.