Rəşad Mahmudovun seçicilərilə növbəti izdihamlı görüşü – FOTO

77 saylı Astara seçki dairəsindən Milli Məclisin üzvlüyünə namizəd, Azərbaycanın dünya miqyasında tanınan kardiocərrahı, tibb elmləri doktoru Rəşad Mahmudovun təşviqat dövründə seçiciləri ilə növbəti izdihamlı görüşü baş tutub.

XALQ.AZ xəbər verir ki, R.Mahmudovun keçirdiyi çoxsaylı səmimi görüşlərdə duyulan ab-hava, doğma münasibət bunu deməyə əsas verir ki, xalq fevralın 9-da keçiriləcək seçkilərdə yenə də ona səs verərək, millət vəkili seçəcək.


Rəşad Mahmudov özü bu barədə belə deyir: “Astara şəhərinin Kələdəhnə yaşayış massivində, seçicilərimlə müsbət və izdihamlı bir görüşümüz baş tutdu. İnsanların yüksək əhval-ruhiyyədə olması, ölkəmizdə, o cümlədən, rayonumuzda hökm sürən sabitlik, əmin-amanlıq və inkişaf cənab Prezidentin hər bir vətəndaşın yanında olmasının sübutudur. Qarşılıqlı anlayışla keçən bugünkü müzakirələrdən həm seçicilər, həm də mən zövq aldım. İqtidar partiyanın namizədi kimi seçicilərimə göstərdikləri dəstəyə görə minnətdaram.
Təşəkkürlər, KƏLƏDƏHNƏ!!!”

XALQ.AZ