Rəşad Sadıqovun atası vəfat etdi

Millimizin sabiq futbolçusu, “Zirə” klubunun baş məşqçisi Rəşad Sadıqova ağır itki üz verib.

XALQ.AZ xəbər verir ki, onun atası Fərhad Sadıqov rəhmətə gedib.

F.Sadıqov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.