Rəsmi Bakı Qazaxıstana başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) təyyarə qəzası ilə bağlı Qazaxıstana başsağlığı verib.

XALQ.AZ-ın xəbərinə görə, bu barədə XİN-in rəsmi “Twitter” səhifəsində bildirilib.

“Almatı – Nur-Sultan reysi üzrə uçan təyyarənin faciəvi şəkildə qəzaya uğraması ilə əlaqədar başsağlığı veririk. Qardaş Qazaxıstan xalqının kədərini bölüşürük”, – deyə qeyd olunub.

Qeyd edək ki, Qazaxıstanın “Bek Air” aviaşirkətinə məxsus “Fokker 100” tipli sərnişin təyyarəsi Almatı Hava Limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 15 nəfər ölüb, daha 35 nəfər xəsarət alıb.

XALQ.AZ