Rəsmi Bakıdan bu ölkəyə təbrik

Azərbaycanın Xarici İşlər Nazirliyi Polşanı Konstitusiya günü münasibətilə təbrik edib.

XALQ.AZ xəbər verir ki, təbrik mətni XİN-in Tvitter səhifəsində yayılıb.

“Polşa respublikasına Konstitusiya günü münasibətilə səmimi təbriklərimizi çatdırırıq. Azərbaycan-Polşa əlaqələrinin zəngin tarixi və yaxşı ənənələri mövcuddur. Bu əlamətdar gündə dost Polşa xalqına uğurlar, sülh və firəvanlıq diləyirik”, – deyə təbrik mətnində qeyd olunub.