Rafet konsert verəcək

 

2

Türkiyəli müğənni Rafet El Roman iyunun 7-də Bakıda sevənlərinin qarşısına çıxacaq.

Sənətçinin konserti “Ramada Hotel and Resort”da gerçəkləşəcək. Bu barədə müxbirimizlə söhbətində təşkilatçı Nahid Emiloğlu xəbər verib.

N.Emiloğlu ukraynalı müğənni bacılar Anna və Mariyanın konsertinə biletlərin qiymətini də açıqlayıb. Belə ki, diskoteka formatında təşkil olunacaq gecədə əylənmək istəyənlər 50 manatlarından keçməli olacaq. VİP masalar üçün biletlərin qiyməti isə 100 manatadır. Tədbir iyunun 1-də baş tutacaq.

Biletləri (050) 509 00 34 nömrəsindən əldə etmək mümkündür.