Rafiq Manaflı Milli Şuradan istefa verdi

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Ali Məclisinin sədri Rafiq Manaflı Milli Şuranın Koordinasiya Mərkəzinin üzvlüyündən istefa verib.

XALQ.AZ xəbər verir ki, bu barədə R.Manaflı özünün “Facebook” hesabında yazıb.

O, bəyanatında istefanın səbəbi barədə açıqlama vermək istəmədiyini vurğulayıb.

Qeyd edək ki, mayın 14-də Milli Şuranın Koordinasiya Mərkəzinin digər üzvü Eldəniz Quliyev də istefa verib.