Ramazan ayı ilə bağlı fətva verildi

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Ramazan ayının başlanması ilə bağlı Fətva verib.

XALQ.AZ xəbər verir ki, fətvada deyilir ki, bu il Azərbaycanda Ramazan ayı miladi təqvimi ilə mayın 6-da başlayacaq.

Fətvada bildirilib ki, Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının builki hesablamalarına əsasən, ölkə ərazisinin üfüqünə uyğun olaraq Ramazan ayının 1-i Ayın görünməsi miladi təqvimlə mayın 6-na təsadüf edəcək. Ayın göründüyü andan etibarən Ramazan ayı başlayacaq.

Mayın 5-dən 6-na keçən gecə niyyət gecəsidir. Ramazan ayının son günü iyunun 4-nə təsadüf edir. İyunun 5-6-sı Azərbaycanda Ramazan bayramıdır. Qeyd olunub ki, Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının 2019-ci il üzrə hesablamalarına görə, Ramazan ayının 1-i Ayın ölkə ərazimizin üfüqünə uyğun görünməsinə əsasən, miladi tarixlə may ayının 6-na təsadüf edəcək və Ay göründüyü andan Ramazani-şərif başlayacaq.

 

Orxan