Ramil Usubov Bakıda bu rəislərin yerini dəyişdi

Daxili İşlər naziri Ramil Usubovun əmri ilə Suraxanı rayon Dövlət Yol Polisi şöbəsinin rəisi polis polkovnik-leytenantı Sadıq Abbasov Xəzər Rayon Dövlət Yol Polisi şöbəsinin rəisi təyin edilib.
XALQ.AZ  xəbər verir ki, bu barədə Unikal.org-a şöbədən məlumat verilib.
Nazirin digər əmri ilə Xəzər Rayon Dövlət Yol Polisi şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rafiq Məmmədov Suraxanı Rayon Dövlət Yol Polisi şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.
Orxan