Ramil Usubov daha bir rəisin yerini dəyişdi

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov yeni təyinatlarla bağlı əmr verib.

XALQ.AZ xəbər verir ki, Səbail rayon Polis İdarəsinin rəisi, polkovnik Şəmşir Kazımov yanvarın 15-də vəzifəsindən azad olunub.

Hazırda onun vəzifəsini İdarənin əməliyyat işləri üzrə rəis müavini icra edir.

Ş.Kazımov isə İsmayıllı Rayon Polis Şöbəsinin rəisi təyin edilib.

Bir neçə gün öncə İsmayıllı RPŞ-nin rəisi Telman Ağasiyev vəzifəsindən çıxarılaraq nazirliyin Baş Cinayət Axtarışı İdarəsinə təyinat alıb.

 

 

Orxan