Ramil Usubov generalın qardaşını rəis təyin etdi

Daxili İşlər naziri Ramil Usubov polis rəisinin yerini dəyişib.
XALQ.AZ xəbər verir ki,  daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən Rahib Mirzəyev Nəsimi rayon Polis İdarəsinin 20-ci bölməsinin rəisi təyin edilib.
Xəbəri Nəsimi rayon Polis İdarəsindən  təsdiqləyiblər.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Sahib Mirzəyevin qardaşı olan Rahib Mirzəyev bu əmrə qədər Nəsimi rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin rəisi olub.
Orxan