Ramil Usubov imtahan götürdü (FOTO)

Prezident yanında Təhlükəsizlik Şurasının katibi, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin “Hüquqşünaslıq” ixtisası üzrə Yekun Dövlət Attestasiya Komissiyasının sədri Ramil Usubovun sədrliyi ilə bakalavr səviyyəsi üzrə buraxılış işlərinin müdafiəsi keçirilib.
 
XALQ.AZ xəbər verir ki, rektor Elçin Babayev uzun müddətdir ki, Bakı Dövlət Universitetinin Hüquq fakültəsində Yekun Dövlət Attestasiya Komissiyasına sədrlik edən Ramil Usubova təşəkkür edib və yeni təyinatı münasibətilə BDU kollektivinin təbriklərini çatdırıb.