Ramil Usubov millət vəkilini təltif edib

Milli Məclisin deputatı Qənirə Paşayeva “Azərbaycan Polisinin 100 illiyi (1918-1920)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.

XALQ.AZ xəbər verir ki, bu barədə millət vəkili özü məlumat verib.

Q.Paşayeva bildirib: “Daxili İşlər Naziri, Ramil Usubova məni “Azərbaycan Polisinin 100 illiyi (1918-1920)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif etdiyi üçün dərin minnətdarlığımı bildirirəm. Ölkəmizdə sabitliyin, təhlükəsizliyin, asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə üzərinə düşən vəzifələri daima peşəkarlıqla yerinə yetirən Azərbaycan polisinin 100 illiyi ilə bağlı medalla təltif olunmaqdan qürur duydum. Cənab nazirə təşəkkür məktubunda da qeyd etdiyim kimi hörmətli Ramil müəllimə və Daxili İşlər Nazirliyinin bütün əməkdaşlarına şərəfli işlərində hər zaman uğurlar diləyirik. Azərbaycanımız hər zaman daha da inkişaf etsin və güclü olsun!”.

 

 

Orxan