Ramil Usubov qəbul keçirəcək

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov 2019-cu il aprelin 27-də Göyçay Rayon Polis Şöbəsində Mingəçevir, Ağsu, Şamaxı, İsmayıllı, Yevlax, Ucar, Kürdəmir, Ağdaş, Göyçay şəhər və rayonlarının sakinlərini qəbul edəcək.
XALQ.AZ xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər. Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
Orxan