Ramil Usubov rəisi vəzifəsindən azad etdi

XALQ.AZ xəbər verir ki, Goranboy Rayon Polis Şöbəsinin rəisi tutduğu vəzifədən azad edilib.

Daxili işlər naziri, general polkovnik Ramil Usubovun müvafiq əmri ilə Goranboy rayon polis şöbəsinin rəisi, polis polkovniki Azadəliyev Fəqan Cəbrayıl oğlu vəzifəsindən azad olunaraq sərəncama göndərilib. Onun yerinə hələ ki, təyinat olmayıb.

Məlumata görə F. Azadəliyev 2014-cü ilin fevral ayından Goranboy rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb.

 

 

Orxan