Ramil Usubov vətəndaşları qəbul edib

XALQ.AZ xəbər verir ki, Daxili işlər naziri, general-polkovnik Ramil Usubov mayın 25-də və 26-da Bərdə şəhərində vətəndaş qəbulu keçirib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən  verilən məlumata görə, rayon polis şöbəsində baş tutan tədbirdə Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd, Goranboy, Xocalı, Naftalan şəhər və rayonlarından, eyni zamanda həmin bölgədə məskunlaşmış qaçqın və məcburi köçkünlərdən müraciət edən 59 vətəndaş ilə görüşən nazir onların polis orqanlarının fəaliyyəti ilə bağlı müraciətlərini şəxsən dinləyib, problemlərinin qanunvericiliyə uyğun şəkildə həlli üçün aidiyyəti baş idarə, idarə və xidmət, həmçinin ərazi polis orqanlarının rəislərinə konkret tapşırıqlar verib.

Daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı olan məsələlərin əksəriyyəti elə yerindəcə öz həllini tapıb.

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.