Ramil Usubov vətəndaşlarla görüşəcək

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov aprelin 28-də Göyçay rayonunda vətəndaşları qəbul edəcək.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən XALQ.AZ-a verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsində baş tutacaq qəbulda Görüşdə Göyçay, Mingəçevir, Ağsu, Şamaxı, İsmayıllı, Yevlax, Ucar, Kürdəmir, Ağdaş şəhər və rayonlarının sakinlərini iştirak edə bilərlər.
Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.
Qəbula gələnlər şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.