Ramil Usubov yeni rəis təyin etdi

12

 

Daxili işlər naziri Ramil Usubovun əmri ilə Yardımlı rayon Polis Şöbəsinin rəisi Fəqan Azadəliyev vəzifəsindən azad edilib. Nazirin fevralın 5-də imzaladığı başqa bir əmrlə isə Fəqan Azadəliyev Goranboy rayon polis şöbəsinə rəis göndərilib.

Qeyd edək ki, Fəqan Azadəliyev 2012-ci ildən Yardımlı rayonunun polis rəisi olub. O, bu posta Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin rəisliyindən gətirilmişdi. Bölmə rəisliyindən rayon polis şöbəsinin rəisi vəzifəsinə irəli çəkilən F.Azadəliyevi 30-cu bölmədə deputat Aqil Abasın oğlu Tuncay Abbasov əvəz etmişdi.