Ramil Usubovdan yeni təyinat

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinə yeni rəis müavini təyin edilib.
XALQ. AZ  xəbər verir ki, ONA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polis polkovniki Rəhim Novruzov Baş İdarənin rəis müavini təyin edilib.
Xatırladaq ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini olmuş, polis polkovniki Fuad Məmmədli bu ilin fevralında tutduğu vəzifədən azad edilib.
F. Məmmədli sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğludur.