Ramin Quluzadə qəbul keçirəcək

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin Şabran, Quba, Qusar, Xaçmaz və Siyəzən rayonlarının sakinləri ilə sabah, saat 12:00-da Şabranda baş tutmalı olan görüşünün vaxtı dəyişdirilib.

XALQ.AZ xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.

Məlumata görə, buna səbəb martın 29-da Şabran şəhərində dövlət əhəmiyyətli tədbirin keçiriləcəyidir. Odur ki, nazirin vətəndaş qəbulu aprelin 5-də olacaq.

 

 

Orxan