Ramin Quluzadə görüş keçirib

Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə İordaniya Haşimilər Krallığının və Qazaxıstanın Azərbaycandakı səfirləri Sami Abdullah Ğoşeh və Serjan Abdikərimov ilə görüşüb.

Nazirlikdən verilən məlumata görə, görüşdə hər iki ölkə ilə Azərbaycan arasında nəqliyyat, telekommunikasiya, informasiya texnologiyaları, innovasiyalar və yüksək texnologiyalar sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, görüş tanışlıq xarakteri daşıyıb.