Ramin Quluzadə özbəkistanlı nazirlə görüşdü

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə ölkəmizdə səfərdə olan Özbəkistanın İnvestisiyalar və Xarici Ticarət naziri Umurzakov Sardor arasında görüş keçirilib.

XALQ.AZ xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində baş tutan görüşdə iki ölkə arasında telekommunikasiya, informasiya texnologiyaları, startaplar, innovasiyalar, yüksək texnologiyalar sahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Eyni zamanda, ölkələrimiz arasında nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Orxan