Ramiz Mehdiyevə yeni vəzifə verildi

ramiz mehdiyev 1

Nazirlər Kabineti “Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının yaradılması haqqında” qərarında dəyişiklik edib.

“Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının yaradılması haqqında” Nazirlər Kabinetinin 2018-ci il 20 fevral tarixli qərarı ilə yaradılmış Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının yeni tərkibi aşağıdakı redaksiyada müəyyənləşib:


Şuranın sədri
Ramiz Mehdiyev – Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik

Şuranın sədrinin müavini
Dilqəm Tağıyev – Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik

Şuranın məsul katibi
Əminağa Sadıqov – Azərbaycan Milli Elmlər Akademiyasının akademik-katibi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü


Şuranın üzvləri
İsa Həbibbəyli – Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti, akademik


İbrahim Quliyev – Azərbaycan..Milli..Elmlər Akademiyasının birinci vitse-prezidenti, akademik


Nərgiz Paşayeva – Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik

Rasim Əliquliyev – Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik

Arif Paşayev – Milli Aviasiya Akademiyasının rektoru, akademik

Xoşbəxt Yusifzadə – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik

İsmayıl Hacıyev – Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin sədri, akademik

Fuad Əliyev – Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin sədri, akademik

Əhliman Əmiraslanov – Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının direktoru, akademik

Rəfail Mirzəyev – Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin birinci müavini

Rahim Əliyev – Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini

Rauf Hacıyev – Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini, biologiya elmləri doktoru

Sevinc Həsənova – Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini

Firudin Qurbanov – Azərbaycan Respublikası Təhsil nazirinin müavini, iqtisadiyyat üzrə fəlsəfə doktoru

Sevda Məmmədəliyeva – Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü

Elçin Zeynalov – Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini, texnika elmləri doktoru

Elmir Vəlizadə – Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini

Rövşən Əhmədov – Azərbaycan Respublikası Müdafiə Sənayesi nazirinin müşaviri

İqbal Babayev – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrinin müavini, generalmayor, texnika elmləri doktoru

Heydər Piriyev – Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının rəisi, general-leytenant

Ceyhun Salmanov – Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədrinin müavini

Balarəhim Quliyev – Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədrinin müavini

Rövşən Rüstəmov – “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədrinin müavini.

Nazirlər Kabinetinin digər qərarı ilə “Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası haqqında Əsasnamə”də də dəyişiklik edilib. Dəyişikliyə əsasən, Şuranın tərkibi 15 nəfərdən 26 nəfərə qaldırılıb.