Ramiz Mehdiyev haqda xəbər yayıldı: Vəzifədən çıxarılıb?

“Əfv Komissiyasının tərkibinin formalaşması Prezident İlham Əliyevin səlahiyyətində olan məsələdir”.

XALQ.AZ xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev sözügedən komissiyanın tərkibinin dəyişdililməsi ilə bağlı məlumatlara münasibətində deyib.

“Əfv Komissiyasının üzvlərini azad etmək, yaxud da tərkibini dəyişmək Prezidentə məxsusdur. Komissiyadan kimlərin çıxıb, kimlərinsə təyin edilməsi barədə məlumatımız yoxdur”.

Qeyd edək ki, mətbuatda Azərbaycan Respublikası Prezidenti yanında Əfv Məsələləri Komissiyasının tərkibinin yenidən formalaşdırılması ilə bağlı məlumatlar yer alıb. Məlumata görə, Komissiya sədri Ramiz Mehdiyev və Elmira Axundovanın tutduğu vəzifədən ayrılacağı deyilir.