Ramiz Mehdiyev yeni sədri kollektivə təqdim etdi – Fotolar

Bu gün Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Diasporla İş üzrə Dövlət Komitəsinin yeni sədri Fuad Muradovu kollektivə təqdim edib. 

XALQ.AZ xəbər verir ki, yeni sədr haqqında qısa məlumat verən Ramiz Mehdiyev bildirib ki, Prezident İlham Əliyev Fuad Muradovu qəbul edərək ona konkret tapşırıqlarını verib. O deyib ki, gənc və perspektivli kadr olan Fuad Muradovun Diasporla İş üzrə Dövlət Komitəsinə sədr təyin olunması böyük əhəmiyyət kəsb edir.

Daha sonra Dövlət Komitəsi barədə danışan R.Mehdiyev qurumun fəaliyyətini tənqid edib, nöqsanlara yol verildiyini vurğulayıb. O, indiyədək yol verilmiş nöqsanların Fuad Muradovun rəhbərliyi ilə aradan qaldırılacağına ümid etdiyini bildirib.