Ramiz Mehdiyevdən yeni təyinat

AMEA-nın Neft və Qaz İnstitutunun rəhbərliyində dəyişiklik edilib.

XALQ.AZ-ın məlumatına görə, AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim Quliyev öz xahişi ilə Neft və Qaz İnstitutunun direktoru vəzifəsindən azad edilib.

Həmin vəzifəyə akademik Fəxrəddin Qədirov təyin olunub. Bu barədə qərar AMEA Rəyasət Heyətinin 14 fevral 2020-ci il tarixli iclasında qəbul olunub.