Ramiz Mehdiyevin nəvəsinin toyundan daha bir – Video

ramiz

Xəbər verdiyimiz kimi, avqustun 18-də Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi keçirilib.

XALQ.AZ xəbər verir ki, dünən “qafqazinfo” Novxanıda bağ evində keçirilən toydan ilk görüntülər yayımlanmışdı. Bu gün isə saytımıza Ramiz Mehdiyevin qız nəvəsinin toyundan daha bir video daxil olub.

Videoda Ramiz Mehdiyev də yer alıb. Görüntülərdə Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov Ramiz Mehdiyevin şərəfinə “tost” deyib. Masa arxasında əyləşən sabiq Milli Məclisin deputatı İlham Əliyevdə Abel Məhərrəmovun dediyi “tostu” diqqətlə dinləyir.

Toyda Milli Məclisin komitə sədri, YAP icra katibinin müavini Siyavuş Novruzov, xanımı Ombudsman Səbinə Əliyeva və diğər rəsmi şəxslər iştirak edib. Videoda göründüyü kimi ofisiantlar maska taxsalarda qonaqlardan maska taxan olmayıb.

Ramiz Mehdiyevin nəvəsinin toyundan daha bir

XALQ.AZ