Ramiz Mehdiyevin oğlu Kəmaləddin Heydərova müavin təyin olundu

Kamal

Prezident İlham Əliyev Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müavinlərinin sayının artırılması ilə bağlı sərəncam verib.

XALQ.AZ xəbər verir ki, bununla bağlı sərəncamda bildirilir ki, Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə”də “dörd müavini” sözləri “altı müavini” sözləri ilə əvəz edilib.

Qeyd edək ki, Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev prezidentin sərəncamı ilə Kəmaləddin Heydərovun müavini təyin olunub.

Eyni zamanda prezidentin digər sərəncamı ilə millət vəkili, Tibb Universitetinin rektoru Əhliman Əmiraslanovun oğlu Tapdıq Əmiraslanov Azərbaycan Respublikasının fövqəladə hallar nazirinin müavini təyin edilib.