Ramiz Rzayev Ali Məhkəmənin sədri təyin edildi

Milli Məclisin bu gün keçirilən iclasında  Ramiz Rzayevin Ali Məhkəmənin hakimi təyin edilməsi haqqında məsələyə baxılıb.

XALQ.AZ  xəbər verir ki, məsələ barədə deputatları məlumatlandıran parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Ramiz Rzayev 1953-cü il fevralın 25-də Xudat şəhərində anadan olub:

“2005-ci ilin aprelin 19-dan Ali Məhkəmənin sədridir. 2005-ci ildən Məhkəmə-Hüquq Şurasının üzvüdür. O, prokurorluq orqanlarında dövlətçilik prinsiplərinə sadiq olub. Bu prinsiplərə sadiqliyini Ali Məhkəmənin sədri vəzifəsini icra edən zaman da davam etdirib. Məhz onun təşəbbüsü ilə Ali Məhkəmə tərəfindən bir  neçə mühüm qanun layihəsi hazırlanıb, parlamentə göndərilib və qəbul edilib. Bir müddət öncə Məhkəmə-Hüquq Şurasında onun namizədliyi məsələsi müzakirə olunub və ölkə prezidentinə göndərilib. Bu gün isə dövlət başçısının təqdimatı ilə  məsələyə baxılması tövsiyə edilib”.

R. Rzayev qısaca olaraq təqdimata görə ölkə prezidentinə minnətdarlığını bildirib.

Bundan əlavə,  Qasım Əliyevin vəzifəsi dəyişdirilərək  Naxçıvan Muxatar Respublikasının Ali Məhkəməsinin hakimi təyin edilmədi məsələsinə baxılıb.

Qeyd edək ki, Q. Əliyev bu vəzifənin icrasına qədər Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin sədri vəzifəsində çalışıb.

Sonda hər iki məsələ səsə qoyularaq qəbul edilib.

RƏSUL