Ramzan Kadırov Həbibə maşın verdi-Video

Çeçenistanın rəhbəri Ramzan Kadırov atasının adına təsis etdiyi Əhməd-Hacı Kadırov fondu adından UFC 229 yarışlarında irlandiyalı döyüşçü Konor Makqreqoru məğlub edən rusiyalı döyüşçü Həbib Nurməhəmmədova avtomobil hədiyyə edib.

XALQ.AZ xəbər verir ki, o, Qroznı meri İbrahim Zakriyevin döyüşçünü “Qroznı şəhərinin fəxri vətəndaşı” titulunu verdiyini də bildirib.

H.Nurməhəmmədovun atası və məşqçisi Abdulmanap Nurməhəmmədov isə “Çeçenistanın əməkdar bədən tərbiyəsi işçisi” adına layiq görülüb.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.