Ramiz Mehdiyev adından saxta profil açıldı

6

 

Prezident Administrasiyasnnın rəhbəri Ramiz Mehdiyevin Facebook sosial şəbəkəsində bir həftə əvvəl açdığı rəsmi səhifənin oxşarı və saxtası yaradılıb. Modern.az saytının xəbərinə görə, eyni foto və örtük şəkli əks olunmuş oxşar səhifədə Ramiz Mehdiyevin adından müxtəlif statuslar da yazılır.
Ramiz Mehdiyevin həqiqi rəsmi səhifəsində sonuncu status fevralın 6-da yazılıb. Saxta səhifədə isə “Ramiz Mehdiyev” daha aktivdir, fevralın 6-dan sonra, elə dünən də təhsil, gəncliklə bağlı bir neçə status yazıb, 70-ci ilərdə mərhum eks-prezident Heydər Əliyevlə çəkdirdiyi fotoları paylaşıb.

Saxta səhifə hər şeyilə rəsmi səhifəyə oxşar olduğundan həm də çaşdırıcıdır.

Səhifənin bəyənənlərin sayı bu profilin saxta olması qənaətini möhkəmlədir. Belə ki, rəsmi səhifə yarandığı gündən bəri onu 10 min Facebook izləyici bəyənibsə, saxta səhifədə bu say cəmi 1400 nəfərdir.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Facebook sosial şəbəkəsində rəsmi səhifəsi fevralın 4-də fəaliyyətə başlayıb.

 

4 5