“Rasim Ocaqov” təqaüdü ona verildi

“Rasim Ocaqov” təqaüdünün veriləcəyi növbəti tələbənin adı bəlli olub.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Xalq artisti, SSRİ və Azərbaycanın Dövlət Mükafatları Larueatı, kinorejissor  Rasim Ocaqovun adına təsis etdiyi “Rasim Ocaqov” təqaüdü yeni tədris ili üçün kinorejissor ixtisası üzrə təhsil alan tələbəyə verib.

XALQ.AZ xəbər verir ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev  bildirib ki, görkəmli kinorejissorun adına olan təqaüdə Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin qərarı ilə ən yaxşı oxuyan, istedadı ilə fərqlənən, xalq artisti Vaqif Mustafayevin tələbəsi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 4-cü kurs tələbəsi Allahverdiyev Rəhman Fürqət oğlu layiq görülüb.

Qeyd edək ki, təqaüdə layiq görülən tələbə təhsilini bitirənə qədər bu təqaüddən yararlanacaq.

 

Orxan