Rauf Arifoğlu elan etdi: Tam hazırıq…

Ötən gün MSK tərəfindən nəticələri ləğv edilən 35 saylı Xətai üçüncü seçki dairəsi üzrə lider namizəd “Yeni Müsavat” media qrupunun rəhbəri Rauf Arifoğlu yenidən seçkilərə hazırlaşır.

XALQ.AZ xəbər verir ki, Feysbuk hesabında Seçki Qərargahının işçi qrupu ilə iclasda çəkilmiş fotosunu paylaşan R.Arifoğlu “Yığışdıq, danışdıq, gələcəyi planladıq. Təkrar seçkinin elan olunmasını gözləyirik. Tam hazırıq. İkinci dəfə də qalib olacağıq!”, sözlərini qeyd edib.

Qeyd edək ki, ötən gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında ümumilikdə 4 dairədə keçirilmiş seçkinin nəticələri ləğv edilib.