Rayon maliyyə şefləri nəzarətdən çıxıb?

9

 

Neftçalanı maliyyə şefi yoxsa, İsmayıl Vəliyev idarə edir?

Rayonların icra hakimiyyətləri başçıları tez-tez dəyişdirilsə də, regionlarda elə şəxslər var ki, onlar uzun müddət vəzifədədirlər. Buna misal olaraq rayon icra başçılarının müavinlərini və əsasən də rayonların maliyyə idarələrinin rəhbərlərini göstərmək olar. Əslində buna irad bildirmək düzgün olmazdı. Amma problem təkcə onların uzun müddətə kreslo tutmasında yox, vəzifədə olarkən törətdikləri əməllərdədir.

Məsələn, rayon maliyyə idarələrində bəzi hallarda 10 ildən yuxarı rəhbər vəzifə tutan şəxslər var. Hətta elələriu var ki, Samir Şərifov onların fəaiyyəti dövründə artıq 3-cü nazirdir.

Nazirdən söz düşmüşkən, Samir Şərifov hazırki hakimiyyət komandasında adı qalmaqallarda ən az hallanan, işinin öhdəsibdən lazımi səviyyədə gələn, korrupsiya və rüşvət kimi cəmiyyəti içindən gəmirən xoşagəlməz hallara bulaşmayan tək-tük şəxslərdən biridir. Amma Maliyyə Nazirliyində nazir səviyyəsində dəyişimlər mütəmadi baş versə də, qurumun yerli şöbələrində bu hala rast gəlinmir.

Çox az hallarda Maliyyə Nazirliyində, konkret rayon şöbələrində kadr islahatları aparılır. Ola bilər ki, bunun bəzi obyektiv səbəbləri də var. Ancaq bütün hallarda yerli məmurlar toxunulmazlıq hiss edəndə, bunun fəsadları da böyük olur. Yəni, rayon maliyyə idarələrinin rəhbərləri nəzarətsiz qalmamalıdır.

İlk görüş maliyyə şefi ilə olur

Maraqlıdır ki, rayonlara yeni təyin edilən icra başçılarının ilk görüşdüyü şəxslərdən biri yerli maliyyə idarələrinin rəhbərləridir. Deməli, yerlərdə istər icra strukturları, istərsə də ayrı-ayrı idarələr vasitəsilə gerçəkləşdirilən müsbət işlər, eləcə də yeyintilər bu idarənin əli ilə həyata keçirilir.

Belə qurumlardan biri də Maliyyə Nazirliyinin Neftçala rayon şöbəsidir. Oxucular yəqin xatırlayır ki, bir müddət əvvəl Neftçalada yeyintilərlə bağlı mediada məlumatlar getdi. Məlumatlarda rayonda ciddi yoxlamalar aparıldığı bildirlirdi. Hətta yoxlama aparanların nəticələrdən narazı getdikləri, yoxlama səbəbilə icra başçısı İsmayıl Vəliyevin təcili məzuniyyətə çıxdığı barədə də informasiyalar yayıldı. Amma sonradan bu yoxlamaların nəticəsi barədə məlumat verilmədi. Yəqin ki, bu barədə heç bir məlumat da verilməyəcək. Hətta icra başçısı İsmayıl müəllimin də hələ məzuniyyətdən qayıtmadığı deyilir.

Bizimxeber.az-ın aldığı məlumata görə, hazırda Neftçala rayonunun rəhbəri İsmayıl Vəliyev olsa da, rayonu faktiki 2 şəxs idarə edir. Digər şəxs isə rayon maliyyə idarəsinin rəisi Rəşid Manafovdur.

Məsələ burasındadır ki, Rəşid Manafovun rayonda gördüyü bəzi işləri bəlkə də qənaətbəxş hesab etmək olar. Çünki əslən Neftçaladan olan Manafov yerli problemləri əla bilir. Yerli sakin olduğu üçün ən azı el qınağından qurtulmaq üçün müəyyən məqamlarda həmin problemləri icra orqanları qarşısında qaldırmaq məcburiyyətində qalır. Amma həllini tapan problemlər, qaldırılan problemlərin çox cüzi qismini təşkil edir. Və üstəlik gördüyü işlərin müqabilində öz haqqını da götürür.

“Baron” kimə deyilir?

Qəribə isə budur ki, rayondakı idarə müdirlərinin əksəriyyəti məhz onun çətiri altında fəaıliyyərt göstərir. O, bir növ idarə rəhbərlərinə krışalıq edir. El arasında ona “Baron” da deyirlər. Belə idarə rəhbərləri arasında Təhsil Şöbəsinin müdiri Əjdər Abdullayev, Sosial Müdafiə Mərkəzinin sərdi Vurğun Əkbərov, rayon DSMF-nin sədri Ramil Salmanov, Bələdiyyə sədri Ağayar Dadaşov, “Kapitalbank”ın Neftçala filialının rəhbəri Telman Qoçuzadə, icra başçısının 1-ci müavini Dilavər Əliyev, Tarix Düyarşünaslıq Muzeyinin direktoru Rövşən Həsənov, 39 saylı yol-istismar idarəsinin müdiri Füzuli Babayev, eləcə də bütün inzibati ərazi idarələrinin rəhbərləri var. Məhz Rəşid Manafovun himayəsi bu rəhbər işçilərin əl-qol atmasına, özlərini sərbəst hiss etmələrinə şərait yaradıb.

“Ona kim, “krışalıq” edir?

Məsələ burasındadır ki, Bakıdan Rəşid Manafovun özünə də “krışalıq” edən var. Onun kimliyi də zənnimizcə, hamıya məlumdur. Sadəcə hələlik etik qaydalara xatir bu məmurun adını təqdim etmirik. Amma bir məsələni unutmaq olmaz ki, Neftçala bir rayon olaraq unudulub, görülən yarımçıq işlər isə baş qatmaqdan başqa bir şey deyil. Yolu bərbad, tikililəri nizamsız, bazarı nəzarətsiz, vətəndaşları işsiz olan bu rayona diqqət lazımdır.

Yəqin ki, bu yazıdan sonra hörmətli Maliyyə naziri Samir Şərifov və Administrasiyadakı aidiyyatı qurumlar rayondakı nümayəndələrinin əməllərini araşdırmaq qərarı verəcək. Əgər araşdırmalar diqqətli və nəzarət altında aparılsa ciddi məqamlar ortaya çıxacaq.

Yaxın günlərdə rayonda görülən tikinti-təmir işləri və bunun fonunda talanan milyonlar barədə geniş araşdırma yazısı təqdim edəcəyik.

Ədil Hüseynli
Bizimxeber.az