Rayonlara gediş-gəliş açıldı – sərnişin daşınmasına cəhdlər oldu

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunmuş məhdudiyyətlər aradan qaldırılandan sonra hər iki istiqamətdə sərnişin daşınmasına cəhdlər olub.

XALQ.AZ xəbər verir ki, bunu açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib.

K.Əliyevin sözlərinə görə, rayonlardan şəhər istiqamətində hərəkətdə olan 9 avtobus Nəvai postundan saxlanılıb:

“4 avtobus isə Qaradağdan çıxmaq istəyərkən saxlanılıb. Hər bir sürücü barədə inzibati tənbeh tədbirləri görülüb”.

Şöbə rəisi qeyd edib ki, məhdudiyyətlər aradan qaldırılsa da, müxtəlif istəqmətlərdə sıxlıq müşahidə edilmir:

“Bütün istiqamətlərdə sərnişin axını aşağıdır, kütləvi gediş-gəliş müşahidə olunmur”.