Rayonlara qar yağacaq

84

 

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.

Temperatur gecə 3-5°, gündüz 6-10° isti, Bakıda gecə 3-5°, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 80-90, gündüz 65-70 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə havanın yağıntılı olacağı, arabir qar yağacağı gözlənilir. Temperatur gecə 3° şaxtadan 2°-dək isti, dağlıq ərazilərdə 6-8° şaxta, gündüz 6-11° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə havanın yağıntılı olacağı, arabir qar yağacağı gözlənilir. Temperatur gecə 1-6° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında, əsasən, gecə və axşam bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir.Temperatur gecə 1-6°, gündüz 7-12° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında bəzi yerlərdə havanın yağıntılı olacağı, arabir qar yağacağı gözlənilir. Temperatur gecə 0-5°, gündüz 5-10° isti, dağlarda gecə 0-5°, yüksək dağlıq ərazilərdə 6-10° şaxta, gündüz 0-2° isti olacaq.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında, əsasən, gecə və axşam bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir. Temperatur gecə 1-6°, gündüz 7-12° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında bəzi yerlərdə hava yağıntılı olacaq. Dağlıq ərazilərdə arabir qar yağacağı ehtimalı var. Temperaturun gecə 4-6°, gündüz 7-12° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-7° isti olacağı gözlənilir.