“Real” futbolu 12 nəfərlə oynadı (FOTO)

Real

“Fiorentina” və “Real” klublarının yoldaşlıq görüşündə məzəli hadisə baş verib.

XALQ.AZ-ın məlumatına görə, “blankoslar”ın azarkeşlərindən biri künc zərbəsi endirilən vaxt, komandasının formasında meydana daxil olur və oyunun iştrakçısı kimi özünü aparmağa başlayır.

Bu zaman oyunun hakim köməkçiləri tez “Real”ın 12-ci üzvünü görürlər və oyunu dayandırırlar.

Çətinliklə də olsa qeyri-adi azarkeş oyun meydanından uzaqlaşdırılır.

Real