“Real Madrid” yenə birinci oldu

Futbol-1

Futbol üzrə Çempionlar Liqasınının yarımfinalına çıxan komandaların qiyməti açıqlanıb.

Bu mərhələdə mübarizə aparan ən bahalı klub Madrid “Real”ıdır.

Xalq.az-ın məlumatına görə, Madrid təmsilçisinin futbolçularının ümumi qiyməti 571,4 milyon avrodur.

İkinci pillədə 534, 65 milyon avro ilə “Bavariya” qərar tutub.

“Çelsi” sıralamada 388,9 milyon avro qiymətlə üçüncüdür.

Sonuncu yerdə isə 282 milyon avro ilə Madrid “Atletiko”su qərarlaşıb.